AZ
RU
EN
XƏBƏRLƏR
26 İyul 2018
Qadın sablyaçılarımız dünya çempionatında 13-cü oldu

Bu gün Çinin Usi şəhərində keçirilən qılıncoynatma dünya çempionatında sablya üzrə qadınların komanda yarışına start verilib.

 Səbinə Kərimova, Sevil və Sevinc Bünyatovadan ibarət sablya üzrə qadınlardan ibarət komandamız ilk mərhələdə Tailand millisinə 45:37 hesabı ilə qalib gəlib. Komandamız səkkizliyə düşmək uğrunda görüşdə İtaliya millisinə 34:45 hesabı ilə uduzub. Ardınca qadın sablyaçılarımız ən güclü 12 komanda arasına düşmək uğrunda görüşdə Yaponiya yığmasına 34:45 hesabı ilə məğlub olub. 13-14-cü yerlər uğrunda görüşlərdə ilk olaraq Honkonqa 45:29 hesabı ilə qalib gələn yığmamız son görüşündə İrana 45:36 hesabı ilə qalib gələrək turniri 13-cü sırada başa vurub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: