AZ
RU
EN
XƏBƏRLƏR
16 Dekabr 2018
Gənc şpaqaçılarımız Yunanıstanda keçirilən Dünya Kubokunda iştirak edib

Gənc şpaqaçılarımız Ruslan Həsənov, Xalid Əliyev və Fərrux Səfərov 15-16 dekabr tarixlərində Yunanıstanın İraklion şəhərində keçirilən gənclərin Dünya Kubokunda iştirak ediblər.

Təmsilçilərimizdən Ruslan Həsənov gənc şpaqaçıların şəxsi yarışında qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Həsənov 1/64 finalda avstriyalı Yan Şuhman üzərində 15:6 hesablı qələbə qazanıb. Ruslan növbəti mərhələdə Rusiya idmançısı Dmitri Şvelidzeyə 8:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Xalid Əliyev də turnirin 1/64 finalına vəsiqə qazanmağı bacarıb. Şpaqaçımız bu mərhələdə fransalı Rafael Dominiçiyə 12:15 hesabı ilə məğlub olub. Qrupda keçirdiyi 6 görüşdən 3-nü qalibiyyətlə başa vuran Fərrux Səfərov isə 1/64 finalda Çex Respublikası təmsilçisi Adam Osiçkaya 7:15 hesabı ilə uduzub. Şpaqaçılarımız yarışın son günündə komanda yarışında qüvvəsini sınayıb. Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyevdən ibarət komandamız 1/16 finalda braziliyalı həmkarlarına 21:45 hesabı ilə uduzub. 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: