AZ
RU
EN
XƏBƏRLƏR
25 Mart 2019
Səbinə Kərimova Dünya Kubokunun mərhələ yarışında 30-cu oldu

Belçikanın Sint-Niklas şəhərində sablya üzrə qadınlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

22-24 mart tarixlərində keçirilən yarışda sablyaçılarımız şəxsi və komanda yarışında qüvvəsini sınayıblar. Qılıncoynadanlarımızdan Səbinə Kərimova qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanıb. Kərimova pley-off mərhələsində də qələbələri sıralayıb. ilk görüşündə Yaponiya təmsilçisi Ayaka Mukaeni 15:12 hesabı ilə məğlub edən Səbinə, ardınca Çin sablyaçısı Yiqi Guo üzərində 15:11 hesablı qələbə qazanıb. 1/32 finalda italiyalı Miçela Battistona 15:13 hesabı ilə qalib gələn Səbinə Kərimova 1/16 finalda dünya reytinqində 13-cü olan çinli Yaqi Şao ilə qarşılaşıb. Görüş Çin idmançısının 15:9 hesablı qələbəsi ilə başa çatıb. Kərimova yekun sıralamada 200-ə yaxın qadın sablyaçının yarışdığı turnirdə 30-cu sırada qərarlaşıb. Digər sablyaçılarımızdan Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlsə də, pley-offda keçirdiyi ilk görüşdə Gürcüstan idmançısı Lika Jijieşviliyə 8:15 hesabı ilə uduzub.İlkin mərhələdə keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Sevinc Bünyatova və qrupu qələbəsiz başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Sablyaçılarımız turnirin sonuncu yarış günündə komanda yarışında qüvvəsini sınayıb. Sablyaçılarımız 1/16 finalda Böyük Britaniya komandasına 37:45 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: