AZ
RU
EN
XƏBƏRLƏR
30 Aprel 2019
Qılıncoynadanlarımız Türkiyədə keçirilən beynəlxalq turnirdə medal qazandı

20-28 aprel tarixlərində Türkiyənin Alanya bölgəsində 14 yaşadək qılıncoynadanlar arasında beynəlxalq yarış keçirilib.

 3 silah növündə keçirilən turnirdə Azərbaycan,Türkiyə,İordaniya,Küveyt,Rusiya,Gürcüstan və Özbəkistanı təmsil edən qılıncoynadanlar iştirak edib.Qılıncoynadanlarımız sablya,rapira və şpaqada qüvvəsini sınayıb. Komandamızın heyətində ən yaxşı göstərici Zərifə Hüseynova və Mirxətai Məmmədova məxsusdur. Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib başa vuran Zərifə Hüseynova pley-off mərhələsində 3 qələbə qazanaraq, 1/4 finala yüksəlib. Zərifə ən güclü 4-lüyə yüksəlmək uğrunda görüşdə Sena Gökçə Üstünə 10:15 hesabı ilə uduzub. Digər qılıncoynadanımız Mirxətai Məmmədov 10 yaşlı şpaqaçıların yarışında fərqlənib. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Mirxətai də turnirin 1/4 finalına kimi irəliləməyi bacarıb. Şpaqaçımız yarımfinala gedən yolda Aslan Çağan Çelikkayalıya 4:8 hesabı ilə məğlub olub. Ümumilikdə 100-ə yaxın 14 yaşadək qız şpaqaçıların yarışında isə təmsilçilərimizdən Alfiyə Abdinova yekun sıralamada 11,Nazilə Rəhimova isə 14-cü olub. Digər şpaqaçımız Raul Aruslanov isə müvafiq yaş kateqoriyası üzrə 115 iştirakçının yarışdığı turnirdə 16-cı sırada qərarlaşıb. Zərifə Hüseynova və Mirxətai Məmmədov ən güclü 8-liyə vəsiqə qazandığı üçün təşkilatçılar tərəfində bürünc medal və hədiyyələrlə mükafatlandırılıblar.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: