AZ
RU
EN
XƏBƏRLƏR
15 May 2019
Sablyaçımız Türkiyədə keçirilən turnirdə 3-cü oldu

Sablya üzrə yığma komandamızın üzvləri Türkiyənin İstanbul şəhərində keçirilən EFC U-14 yarışı və U-12 açıq turnirində iştirak edib.

Qılıncoynadanlarımız turnirdə ümumilikdə 6 sablyaçı ilə təmsil olunub. 14 yaşadək oğlan sablyaçıların yarışında Ayxan Xasiyev 116 iştirakçı arasında 11-ci,Murad Muradov 45-ci,Nurlan Zeynallı isə 53-cü olub.  14 yaşadək qızların mübarizəsində isə ən yaxşı nəticə Zərifə Hüseynovaya məxsusdur. Qrupda keçirdiyi bütün görüşləri qalib başa vuran Zərifə ard-arda 1/16,1/8,1/4 və yarımfinal mərhələsini də qalib başa vurub. Sablyaçımız 85 iştirakçı 3-cü yer tutub.12 yaşadək oğlanların yarışında isə Murad Muradov 116 iştirakçı arasında 15-ci yerdə qərarlaşıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: