AZ
RU
EN
XƏBƏRLƏR
21 İyun 2019
Sablya üzrə komandamız Avropa çempionatında 8-ci oldu

Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatının 4-cü günündə Səbinə Kərimova,Sevil Bünyatova,Anna Başta və Valeriya Bolşakovadan ibarət sablya üzrə yığma komandamız mübarizə aparıb.

 Qadın sablyaçılarımız 8 komanda sırasına yüksəlmək uğrunda görüşdə İspaniya yığmasına 45:31 hesabı ilə qalib gəlib. Millimiz qitənin ən güclü 4 komandası sırasına yüksəlmək uğrunda qarşılaşmada İtaliya seçmə kollektivi ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə rəqib çətinliklə qalib gəlib (42:45).Komandamız ardınca 5-6-cı yerlər uğrunda görüşdə Almaniyaya 41:45 hesabı ilə uduzub. 7-8-ci yerlər üçn görüşdə Ukrayna yığmasına 38:45 hesabı ilə uduzan sablya üzrə qadınlardan ibarət milli komandamız 14 komanda arasında 8-ci olub. Komandamız turnir cədvəlində Türkiyə,Böyük Britaniya,İspaniya,Belarus,Rumıniya və Gürcüstan yığmalarını qabaqlayıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: