AZ
RU
EN
XƏBƏRLƏR
06 İyul 2019
Kişi qılınocynadanlarımız Universiadada şəxsi yarışda çıxış edib

Qılıncoynadanlarımız İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında mübarizəyə başlayıb. 

Qılıncoynadanlarımız İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında mübarizəyə başlayıb. Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-ni qalib başa vurmnaqla 1/32 finala yüksəlib. Ağakişiyev bu mərhələdə Ukrayna idmançısı Boqdan Platona 13:15 hesabı ilə uduzub. Şpaqaçılarımızdan Ruslan Həsənov,Fərrrux Səfərov və Xalid Əliyev də kişilərin şəxsi yarışında çıxış edib. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov 1/32 finalda isveçrəli şpaqaçı Çarls-Erik Osvala 11:15 hesabı ilə uduzub. Qrup mərhələsində 3 qələbə qazanan Xalid Əliyev isə 1/32 finalda Hyomin Yanqa 7:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-ni qalib başa vuran Fərrux Səfərov isə pley-offa yüksələ bilməyib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: