AZ
RU
EN
XƏBƏRLƏR
17 İyul 2019
Kişi şpaqaçılarımız Macarıstanda keçirilən dünya çempionatında çıxış edib

Qılıncoynadanlarımız Kənan Əliyev və Ruslan Həsənov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında kişi şpaqaçıların şəxsi kateqoriyasında iştirak edib.

 Qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vuran Kənan Əliyev plley-offda Rusiya təmsilçisi Nikita Qlazkova 4:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 3-də qələbə qazanan Ruslan Həsənov isə pley-offda çexiyalı Jiri Berana 7:15 hesabı ilə məğlub olub. İyulun 17-də Səbinə Kərimova,Sevil Bünyatova,Anna Başta və Valeriya Bolşakova qadın sablyaçıların şəxsi yarışında mübarizəyə qoşulacaq.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: