AZ
RU
EN
XƏBƏRLƏR
24 İyul 2019
Sablyaçılarımız dünya çempionatının komanda yarışında 13-cü oldu

Macarıstanın Budapeşt şəhərində qılıncoynatma üzrə dünya çempionatı başa çatıb.

Turnirin son günündə qadın sablyaçıların komanda yarışında mükafatçılar müəyyənləşib. Səbinə Kərimova,Sevil Bünyatova,Anna Başta və Valeriya Bolşakovadan ibarət komandamız ilk görüşünü Böyük Britaniyaya qarşı keçirib. Rəqibini 45:38 hesabı ilə məğlub edən sablyaçılarımız, ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda görüşdə dünya çempionu Rusiya komandasına 38:45 hesabı ilə uduzub. 9-12-ci yerlər uğrunda görüşdə İspaniyaya 37:45 hesabı ilə məğlub olan sablyaçılarımız ardınca 13-cü yer uğrunda görüşlərdə Honkonqa 45:31, Türkiyə yığmasına isə 45:38 hesabı ilə qalib gəlib. Beləliklə, qadın sablyaçılarımız 31 yığma komanda arasında 13-cü olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: