AZ
RU
EN
XƏBƏRLƏR
22 Sentyabr 2019
Anna Başta “Satellite” turnirində gümüş medal qazandı

Bolqarıstanın Plovdiv şəhərində keçirilən sablya üzrə “Satellite” turnirinə yekun vurulub.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta gümüş medal qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran Anna, uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Sablyaçımız 1/16 finalda Bolqarıstan idmançısı Kalina Atanasovanı 15:8 hesabı ilə məğlub edib.Başta 1/8 finalda türkiyəli rəqibi Nisanur Erbil üzərində 15:6 hesablı qələbə qazanıb.Baştanın 1/4 finalda rəqibi Hindistan təmsilçisi Çadalavada Anandha olub.Gərgin keçən qarşılaşma qılıncoynadanımızın 15:13 hesablı qələbəsi ilə başa çatıb.Anna yarımfinalda bolqarıstanlı idmançı Yoana İliyevadan üstün olub (15:12).Həlledici final görüşündə Gürcüstan sablyaçısı Lika Jijieşviliyə 12:15 hesabı ilə uduzan Anna Başta turniri ikinci sırada başa vurub.

Qrup mərhələsində 6 qələbə qazanan Valeriya Bolşakova isə turnirin 1/4 final mərhələsinə kimi irəliləməyi bacarıb. Valeriya ən güclü səkkizliyə yüksəlmək üçün türkiyəli rəqibləri Yasəmin Yeltekin (15:6) və Aylin Cakıra (15:4) qalib gəlib.Bolşakova 1/4 finalda yarımfinalda Anna Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub.Digər qadın sablyaçılarımızdan Sevil Bünyatova və Səbinə Kərimova mübarizəni 1/8 finalda dayandırıb.Qrup mərhələsini 4 qalibiyyətlə başa vuran Sevil Bünyatova 1/16 finalda sinqapurlu Cessika Şu Huiyə (15:7) qalib gəlsə də, növbəti görüşündə argentinalı Maurise Perezə uduzub (10:15). Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə 1/16-də Belaslava İvanovaya (Bolqarıstan) 15:10 hesabı ilə qalib gəlsə də,növbəti mərhələdə türkiyəli Selin Deniz Unludağa məğlub olub (10:15).Qadın sablyaçılarımızdan Aysel Əhədova da qrup səddini adlamağı bacarsa da, 1/16 finalda turnirin qalibi Lika Jijieşviliyə (Gürcüstan) 9:15 hesabı ilə uduzub.

Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. 1/16 finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən Cavanşir,1/8-də bolqarıstanlı İvan Mandova uduzub (10:15).

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: