AZ
RU
EN
XƏBƏRLƏR
27 Sentyabr 2019
Sablyaçılarımız İranda keçirilən beynəlxalq turnirdə iştirak edib

Bu gün İranın İsfahan şəhərində kişi sablyaçılar arasında “Ruzbeh Sarhangpour GP International Open” turniri keçirilib.

Turnirdə qılıncoynadanlarımızdan yeniyetmə sablyaçılarımız,Ayxan Xasiyev və Əlixan Kərimov da iştirak edib.Sablyaçılarımız qrup mərhələsini uğurla adlayıb. Ayxan Xasiyev qrupda keçirdiyi 6 görüşdən 3-də,Əlixan Kərimov isə 2-də qalib gəlməklə pley-offa adlayıb.Püşkatmaya görə idmançılarımız 1/32 finalda bir-birinə rəqib olublar. Komanda yoldaşını 15:7 hesabı ilə məğlub edən Əlixan Kərimov,1/16 finalda turnirin finalına kimi irəliləməyi bacaran İran idmançısı Pakdaman Əliyə 3:15 hesabı ilə uduzub.Məlumat üçün bildirək ki, əsasən böyüklər arasında keçirilən turnirdə Əlixan Kərimov (2003) və Ayxan Xasiyev (2005) ən gənc iştirakçı olublar.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: