AZ
RU
EN
XƏBƏRLƏR
29 Sentyabr 2019
Anna Baştadan növbəti uğur!

Qadınlardan ibarət sablya üzrə milli komandamızın üzvü Anna Başta Belçikanın Gent şəhərində keçirilən “Satellite” seriyalı “Flemish Open” turnirinin qalibi olub.

Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran Anna,mütləq nəticə ilə birbaşa turnirin 1/16 final mərhələsinə yüksəlib.Bu mərhələdə kolumbiyalı Quarin Lopez (15:5) üzərində inamlı qələbə qazanan sablyaçımız,1/8 finalda belçikalı Jolien Korteyni 15:11 hesabı ilə məğlub edib.Turnirin 1/4 finalında Azərbaycan dueli baş tutub.Qrup mərhəsini 5 qələbə ilə başa vuraraq pley-offda Almaniya təmsilçisi Liza Ruetgers (15:4) və honkonqlu Au Sin Yinq (15:13) üzərində qələbə qazanan Sevil Bünyatova Anna Baştaya rəqib olub.Maraqlı mübarizə şəraitində keçən görüşdə Anna Sevili 15:11 hesabı məğlub edib.Başta yarımfinalda argentinalı Maurise Perezə heç bir şans verməyib-15:4. Finalda Hindistan idmançısı Anandha Çadalavadaya 15:10 hesabı ilə qalib gələn Anna Başta qadın sablyaçıların şəxsi yarışında “Flemish Open” turnirinin qızıl medalını qazanıb.Digər qadın sablyaçılarımızdan qrupda qaazndığı 4 qalibiyyətlə pley-offa yüksələn Valeriya Bolşakova 1/16 finalda Böyük Britaniya təmsilçisi Tamara Karnaka (15:8) qalib gəlsə də,1/8 finalda argentinalı Maurise Perezə 12:15 hesabı ilə uduzub.Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə 1/16 finalda italiyalı Fusko Paqano üzərində 15:13 hesablı qələbə qazanıb.Kərimova 1/8-də digər italiyalı sablyaçı Eloisa Passaroya 14:15 hesabı ilə uduzub.Qrupu 3 qələbə ilə bitirən Aysel Əhədova da pley-offa adlamağı bacarıb.Əhədova 1/32 finalda Erin Konkoranı 15:11 hesabı ilə məğlub etsə də,1/16-də turnirin gümüş medalçısı Anandha Çadalavadaya (Hindistan) 3:15 hesabı ilə məğlub olub.
Kişi sablyaçıların şəxsi mübarizəsində Cavanşir Ağakişiyev qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksəlsə də,burada Avstraliya qılıncoynadanı Dik Jadrinə 14:15 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: