AZ
RU
EN
XƏBƏRLƏR
06 Oktyabr 2019
Yeniyetmə şpaqaçılarımız “European Cadet Circuit Championships” turnirində çıxış edib

Yeniyetmə şpaqaçılarımız Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “European Cadet Circuit Championships” turnirində iştirak edib.

Yeniyetmə oğlanların şəxsi yarışında Raul Aruslanov  6 görüşdən 2-ni qalib başa vurmaqla pley-off mərhələsinə yüksəlməyi bacarıb.Aruslanov bu mərhələdə İtaliya şpaqaçısı Villiam Davidə 5:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə bitirən Nazilə Rəhimova qız şpaqaçıların şəxsi mübarizəsində pley-offda ukraynalı Polina Kleşovaya 6:15 hesabı ilə məğlub olub.Qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qalib gələn Alfiya Abdinova və Azərin İdriszadə isə mübarizəni erkən dayandırıb.Nazilə Rəhimova,Alfiya Abdinova və Azərin İdriszadədən ibarət kollektiv qız şpaqaçıların komanda yarışında Rusiyanın 3-cü komandasına 26:45 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: