AZ
RU
EN
XƏBƏRLƏR
27 Fevral 2020
Yeniyetmə qılıncoynadanlarımız komanda yarışında çıxışını başa vurub

Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində yeniyetmə qılıncoynadanların mübarizəsinə yekun vurulub.

Yeniyetmələrin son yarış günündə sablya,şpaqa və rapira silah növləri üzrə komanda yarışları baş çatıb.Oğlan sablyaçıların komanda yarışında Murad Əkbərov,Maqsud Hüseynli və Saleh Məmmədovdan ibarət kollektiv Fransa komandası ilə qarşılaşıb.Oğlan sablyaçılarımız müvafiq silah növü üzrə Avropa çempionu adını qazanan fransalı həmkarlarına 31:45 hesabı ilə məğlub olub.Sablyaçılarımız komanda yarışının yekun sıralamasında 12-ci olub.

Yeniyetmə qız şpaqaçılarımız isə müvafiq silah növü üzrə komanda yarışında Böyük Britaniyanı təmsil edən kollektivə 30:45 hesabı ilə uduzub.Nazilə Rəhimova,Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız yekun sıralamada turniri 19-cu sırada başa vurub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: