Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində gənclər arasında sablya üzrə komanda yarışında qaliblər müəyyənləşib.

Murad Əkbərov,Saleh Məmmədov və Maqsud Hüseynlidən ibarət komandamız ilk görüşündə Braziliya komandasına 45:39 hesabı ilə qalib gəlib. Ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Ukraynanı təmsil edən kollektivə 39:45 hesabı ilə uduzan kişi sablyaçılarımız 9-12-ci yerlər uğrunda keçirilən görüşdə hindistanlı rəqiblərinə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 44:45 hesabı ilə məğlub olub. 13-14-cü yerlər uğrunda keçirilən görüşdə Qazaxıstan (45:37), ardınca Honkonqa (45:42) qalib gələn komandamız yekunda turniri 13-cü sırada başa vurub.

Aprel 5, 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir