Yeniyetmə şpaqaçılarımız Almaniyanın Haydenhaym şəhərində keçirilən “European Cadet Circuit” çərçivəsində “Hartmann Cup” turnirində iştirak edib.

Qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Nazilə Rəhimova turnirin 1/32 finalına kimi irəliləməyi bacarıb. İlk pley-off görüşündə ukraynalı rəqibi Ustina Ohona 15:8 hesabı ilə qalib gələn Nazilə, növbəti görüşündə polşalı Sesilia Sieslikə 6:15 hesabı ilə uduzub. Qrupu 2 qələbə ilə başa vuran Xədicə Həsənli pley-offda turnirin qalibi Rusiya təmsilçisi Anastasiya Rustamovaya 4:15 hesabı ilə uduzub. 2 qələbə ilə pley-offa adlayan Aynur Quliyeva pley-offda polşalı Pola Drobczuka 11:15 hesabı ilə uduzub. Qrupda bir qələbəsi olan Alfiyə Abdinova isə mübarizəni erkən dayandırıb.

Qız şpaqaçılarımız komanda yarışında ilk görüşdə Litvanı təmsil edən kollektivə 40:45 hesabı ilə uduzub.

Oğlan şpaqaçıların şəxsi yarışında qrupda keçirdiyi görüşlərdə 2 qələbə qazanan Raul Aruslanov pley-offda ardıcıl olaraq iki fransalı rəqibi (Aleksis Kotte, Samuel Ravelo de Tovar) üzərində eyni hesablı (15:14) qələbə qazanaraq 1/32 finalda italiyalı rəqibi Yakopo Rizziyə 8:15 hesabı ilə uduzub. Qrupu 2 qələbə ilə başa vuran Cəmil Hidayətov və Orxan Həsənli isə pley-offa yüksələ bilməyib.

Oğlan şpaqaçılarımız komanda yarışında Almaniyanın 2-ci komandasına 27:45, Rumıniyanı təmsil edən seçmə kollektivə 38:44, Polşanın turnirdəki ikinci komandasına isə 39:45 hesabı ilə məğlub olub.

Noyabr 1, 2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir