Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən sablya üzrə Dünya Kubokununda qadınların şəxsi yarışında əsas mərhələyə yekun vurulub.
Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Lusia Martinə (İspaniya) 15:9 hesabı ilə qalib gəlib. Növbəti görüşündə Yaponiya təmsilçisi Şihomi Fukuşimanı 15:14 hesabı ilə məğlub edən Anna ən güclü 16 qadın sablyaçı sırasına yüksəlib. Qılıncoynadanımız bu mərhələdə fransalı Manon Brunetə 13:15 hesabı ilə uduzub.
Əsas mərhələyə təsnifatdan yüksələn Səbinə Kərimova burada keçirdiyi ilk görüşdə Rusiya idmançısı Olqa Nikitinaya 8:15 hesabı ilə məğlub olub. Digər təmsilçimiz Sevil Bünyatova isə əsas mərhələdə keçirdiyi ilk görüşdə Gürcüstan sablyaçısı Teodora Kakhianiyə 9:15 hesabı ilə uduzub.
Dünya Kubokuna sabah keçiriləcək komanda yarışından sonra yekun vurulacaq.
Yanvar 16, 2022