Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyinin 4-cü yarış günündə Saleh Məmmədov, Maqsud Hüseynli və Murad Əkbərovdan ibarət gənc sablyaçılarımız komanda yarışında qüvvəsini sınayıb. Ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstanı təmsil edən seçmə kollektivə 30:45 hesabı ilə uduzan komandamız 9-12-ci yerlər uğrunda keçirilən görüşdə Rumıniya (38:45) və Türkiyə yığmasına (39:45) məğlub olub. Komandamız yekun sıralamada 12-ci olub.

Mart 1, 2022