Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinin ikinci yarış günündə qılıncoynatmanın sablya növü üzrə yeniyetmə oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. Zərif pley-offda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4) və italyan Martina Giancolaya (15:14) qalib gəlib. Ötən il keçirilən dünya birinciliyinin yeniyetmələr arasında bürünc medalçısı olan Zərifə Hüseynova yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Alexandra Manqaya 7:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 5 qələbə qazanan Ayxan Xasıyev isə oğlanların şəxsi yarışında 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə ukraynalı Dmitri Kolobayevə 8:15 hesabı ilə məğlub olub.
Aprel 3, 2022