Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Abbas Hüseynov Bolqarıstanın Sofiya şəhərində keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.

14 yaşadək yeniyetmə oğlanların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas finala gedən yolda ispan Qabriel Suarez (15:3), yunan Kristos Karamitsos (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib. Abbas ən güclü 4-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə yunan Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib. İdmançımız gərgin keçən yarımfinal görüşündə bolqar Nikola Meitsovu (15:14) mübarizədən kənarlaşdırıb.
Abbas Hüseynov həlledici görüşdə Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək 13 ölkədən 66 iştirakçı arasında turnirin qızıl medalını qazanıb.
Noyabr 19, 2022