Qılıncoynatmanın şpaqa növü üzrə milli komandamızın üzvü Ruslan Həsənov Qətərin paytaxtı Dohada keçirilən Qran-Pri yarışında iştirak edib.

Təsnifat mərhələsində qrup səddini uğurla adlayan Ruslan əsas mərhələ yüksəlmək uğrunda keçirilən ilk pley-off görüşündə koreyalı rəqibi Yanq Minhyeoka 15:12 hesabı ilə qalib gəlib. Ardınca Sinqapur idmançısı Tan Yun Kaini eyni hesabla mübarizədən kənarlaşdıran şpaqaçımız 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Dilan Nollnerə 7:15 hesabı ilə məğlub olub.

Yanvar 29, 2023