Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (4 qələbə), Ayxan Xasıyev (3 qələbə) və Saleh Məmmədov (2 qələbə) qrup mərhələsini uğurla adlayıb. Təmsilçilərimizdən pley-offda 64-lüyə yüksəlməyi Murad Əkbərov və Maqsud Hüseynli bacarıb.Murad bu mərhələdə rumın, Maqsud isə italyna rəqibinə məğlub olub. Ayxan və Saleh isə 128-likdə mübarizəni dayandırıb.
Komanda yarışında ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İspaniyaya 41:45 hesabı ilə uduzan oğlan sablyaçılarımız, 9-16-cı yerlər uğrunda keçirilən görüşdə Almaniya yığmasına 33:45 hesabı ilə məğlub olub.
Fevral 7, 2023