Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının ilin yekunu bağlı ümumi yığıncağı keçirilib.

İclasda Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalov, baş katib Vasif Məmmədov, İcraiyyə Komitəsinin üzvləri,Azərbaycan Qılıncoynatma ailəsinin nümayəndələri iştirak edib.

Cari ili qılıncoynadanlarımız üçün uğurlu adlandıran Vasif Məmmədov buna misal olaraq Anna Baştanın 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionluğunu,Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciyində bürünc medal qazanmasını göstərib.Yerli məşqçilərlə yanaşı,beynəlxalq təcrübəyə malik mütəxəssislərin əməkdaşlığa cəlb olunduğunu deyən baş katib,il ərzində yeni qılıncoynatma zallarının istifadəyə verildiyini,idmançıların yeni geyim ləvazimatları ilə təmin olunduğunu bildirib. Baş katib öz növbəsində il ərzində qılıncoynadanlara dəstəyini əsirgəməyən Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edib.

İki il ərzində böyük işlər görüldüyünü bildirən vitse-prezident Fikrət Zeynalov isə “Neftçi” İdman Klubu tərəfindən yeni qılıncoynatma zalının inşasına başlandığını qeyd edib.

İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Gələcək üçün hədəflər müəyyənləşdirilib.

Dekabr 20, 2019

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir