Sablya üzrə milli komandamızın üzvləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.
Kişi sablyaçıların şəxsi yarışında Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov qrup mərhələsini 2 qələbə ilə başa vurub. Təmsilçilərimizdən Murad Əkbərov və Maqsud Hüseynli əlavə göstəricilər nəzərə alınaraq pley-offa yüksəlməyi bacarıb. Saleh Məmmədov isə mübarizəni erkən dayandarıb.
Murad Əkbərov 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə polşalı rəqibi Kacper Novinovskiyə 15:14 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə Rusiya idmançısı Nikita Kuklinə 9:15 hesabı ilə uduzub.
Maqsud Hüseynli isə 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Artyom Terexova 5:15 hesabı ilə məğlub olub.
Sablyaçılarımız komanda yarışında Səudiyyə Ərəbistanını təmsil edən seçmə kollektviə 42:45 hesabı ilə uduzub.
Dekabr 12, 2021