Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən sablya üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.Turnirin son yarış günündə kişi və qadın iştirakçılar arasında komanda yarışında qaliblər müəyyənləşib.

Qadın sablyaçıların yarışında Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Gürcüstanı təmsil edən seçmə kollektivə 45:43 hesabı ilə qalib gəlib. Komandamız ən güclü 8-liyə yüksəlmək üçün keçirilən görüşdə Macarıstan yığmasına 43:45 hesabı ilə uduzub.

Qadın sablyaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə ilk olaraq Qazaxıstan seçmə kollektivinə 45:42 hesabı ilə qalib gəlib. Ardınca Yaponiya yığmasına 40:45 hesabı ilə məğlub olan komandamız 11-ci yer uğrunda keçirilən görüşdə Ukrayna millisinə 36:45 hesabı ilə uduzub.

Yanvar 17, 2022