Yeniyetmə qız şpaqaçıların komanda yarışında Nazilə Rəhimova, Xədicə Həsənli və Alfiyə Abdinovadan ibarət kollektiv ilk görüşündə Şimali Makedoniya yığmasına 45:26 hesabı ilə qalib gəlib.
Ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İsraili təmsil edən seçmə kollektivə 42:43 hesabı ilə uduzan şpaqaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə (32:36) uduzsa da, Estoniya yığmasına (44:43) qalib gəlib.
Yeniyetmə şpaqaçılarımız son görüşündə Rumıniya komandasına 42:45 hesabı ilə məğlub olub.
Mart 6, 2022