Bu gün İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü Qran-pri turnirinə yekun vurulub.
Mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reytinq favoriti Anna Başta ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib. Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran Anna, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya 15:10 hesabı ilə qalib gələrək ən güclü 8-liyə vəsiqə qazanıb. Burada qılıncoynadanımızın rəqibi italyan Rossella Qreqorio olub. Rəqibini 15:7 hesabı ilə məğlub edən Anna Başta yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya təmsilçisi Misaki Emura üzərində inamlı qələbə (15:9) qazanan Anna finalda gündoğar ölkənin daha bir sablyaçısı Risa Takaşima ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici görüşdə rəqibini 15:11 hesabı ilə məğlub edən Anna Qran-prinin qızıl medalına layiq görülüb.
Xatırladaq ki, Anna Başta cari ildə daha öncə Bolqarıstanın Plovdiv və Yunanıstanın Afina şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb.Qılıncoynadanımız hazırda qadın sablyaçıların dünya reytinqində 4-cü sırada qərarlaşıb.Qadın sablyaçıların şəxsi yarışında təsnifatdan əsas mərhələyə yüksələn Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç  ilk görüşü uğurla başa vurublar. Sevil ABŞ idmançısı Tatyana Nazlimova (15:12), Polina  amerikalı Enn-Elizabet Stoun (15:8), Valeriya isə rumın Mariya Mateiyə (15:8) qalib gəlib

Sevil Bünyatova 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Karolin Queroliyə 7:15 hesabı ilə uduzub. Polina Kaspiaroviç koreyalı sablyaçı Hayoung Jeona (12:15), Valeriya Bolşakova isə Ukrayna qılıncoynadanı Olqa Xarlana (12:15) məğlub olub.

Qadın sablyaçıların şəxsi yarışında təsnifatdan əsas mərhələyə yüksələn Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç  ilk görüşü uğurla başa vurublar. Sevil ABŞ idmançısı Tatyana Nazlimova (15:12), Polina  amerikalı Enn-Elizabet Stoun (15:8), Valeriya isə rumın Mariya Mateiyə (15:8) qalib gəlib

Sevil Bünyatova 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Karolin Queroliyə 7:15 hesabı ilə uduzub. Polina Kaspiaroviç koreyalı sablyaçı Hayoung Jeona (12:15), Valeriya Bolşakova isə Ukrayna qılıncoynadanı Olqa Xarlana (12:15) məğlub olub.

May 22, 2022