Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilir. Şpaqada ölkəmizi təmsil edən Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov şəxsi yarışda çıxışını başa vurub.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Levente Bartkonu 15:14 hesabı ilə məğlub edib. Ruslan 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə eston Markus Salma 10:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 3 qələbə ilə bitirən Fərrux Səfərov isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Hadrien Favreyə 6:15 hesabı ilə məğlub olub.
Qrupda 2 qələbəsi olan Barat Quliyev pley-offda britaniyalı Billi Şepherdə 13:14 hesabı ilə uduzub.
May 30, 2022