Şpaqa üzrə kişilərdən ibarət milli komandamız Estoniyanın paytaxtı Tallində keçirilən U-23 Avropa çempionatında komanda yarışında 11-ci olub.

Barat Quliyev, Fərrux Səfərov və Ruslan Həsənovdan ibarət trio 8-liyə yüksəlmək uğrunda Estoniya yığmasına 38:45 hesabı ilə uduzub. Şpaqaçılarımız 9-12-ci yerlər uğrunda keçirilən görüşlərdə isveçrəli həmkarlarına 45:42 hesabı ilə qalib gəlib. Çex Respublikasını təmsil edən seçmə kollektivə isə 20:45 hesabı ilə məğlub olub.

Kişi şpaqaçılarımız 11-ci yer uğrunda İspaniya yığması ilə keçirilən görüşdə 45:31 hesablı qələbə qazanıb.

May 31, 2022