Bu gün Memarlıq və İnşaat Universitetinin idman zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.Yarışın son günündə qılıncoynatmanın şpaqa növü üzrə qaliblər müəyyənləşib.

Şpaqa.

Kişilər:
1.Ruslan Həsənov
2. Kənan Əliyev
3. Barat Quliyev, Fərrux Səfərov

Qadınlar:

1.Azərin İdriszadə
2. Nazilə Rəhimova
3.Dilək Məmmədova, Xədicə Həsənli

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub. Diplom və medalları mükafatçılara Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fərhad Kasimov, baş katib Vasif Məmmədov və milli komandanın baş məşqçisi Çingiz Mustafayev təqdim edib. Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan Azərbaycan çempionatınında ilk 3 yerin sahibləriə qiymətli hədiyyələr və pul mükafatları verilib.

İyun 3, 2022