Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn komandalar müəyyənləşib.

İlk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gələn Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Çin millisinə 45:35 hesabı ilə qalib gəlib.

Komandamız sabah yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Fransa seçmə kollektivi ilə qarşılaşacaq.

İyul 22, 2022