25 Apr

Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta 2021-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat turnirində qalib gəlməklə Tokioda keçirilən yay olimpiya oyunlarına lisenziya qazanıb. Anna Başta finalda Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gələrək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

31 May

2019-cu ilin mayında sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qadın sablyaçıların Avropa çempionatında qızıl medal qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.

31 Mar

Yelena Jemayeva – ikiqat dünya çempionu, Avropa çempionu, Dünya Kubokunun ikiqat qalibi, 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında 7-ci yer. Sablya üzrə qadınların yarışında ilk dünya çempionu kimi tarixə düşüb.