02 Apr

Qılıncoynatmanın sablya növündə yeniyetmə idmançımız Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb! Dünya çempionatının ikinci yarış günündə yeniyetmə oğlan və qız sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən…

27 Noy

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. Konqres çərçivəsində cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim olunub. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb. Azərbaycan Qılıncoynatma…

25 Apr

Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta 2021-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat turnirində qalib gəlməklə Tokioda keçirilən yay olimpiya oyunlarına lisenziya qazanıb. Anna Başta finalda Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gələrək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

31 May

2019-cu ilin mayında sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qadın sablyaçıların Avropa çempionatında qızıl medal qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.

31 Mar

Yelena Jemayeva – ikiqat dünya çempionu, Avropa çempionu, Dünya Kubokunun ikiqat qalibi, 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında 7-ci yer. Sablya üzrə qadınların yarışında ilk dünya çempionu kimi tarixə düşüb.