05 Sen

Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamızın üzvləri İran İslam Respublikasının İsfahan şəhərində keçirilən “Sarhangpour FIE satellite” beynəlxalq turnirində çıxış edib. Kişi sablyaçılarımızdan Saleh Məmmədov ən güclü 8-liyə yüksəlməyi bacarıb. Saleh bürünc medalın bir addımlığında turnirin finalçısı Məhəmməd Rahbariyə (İran) 10:15 hesabı ilə uduzub. Ən güclü 16-lıqda yer alan Maqsud Hüseynli isə 1/4 finala…

17 Avq

Bu gün Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin komanda yarışında qaliblər müəyyənləşib. Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət kollektiv mübarizəyə 1/4 finaldan başlayıb. İlk görüşündə Birləşmiş Ərəb Əmirlikləri komandasını 45:33 hesabı ilə məğlub edən millimiz yarımfinalda Özbəkistan seçmə kollektivinə 45:32 hesabı ilə qalib gəlib. Kişi şpaqaçılarımız finalda…

15 Avq

Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin şəxsi yarışında qaliblər müəyyənləşib. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Ruslan Həsənov ilk pley-off görüşündə Türkiyə təmsilçisi Ali Egeyə 15:8 hesabı ilə qalib gələrək ən güclü 16-lığa vəsiqə qazanıb. Bu mərhələdə eyni hesabla (15:8) Səudiyyə Ərəbistanı şpaqaçısı Cavad Əldavudu…

15 Avq

Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət kollektiv yarımfinalda İran yığmasına 45:22 hesabı ilə qalib gəlib. Millimiz finalda Özbəkistan seçmə kollektivini 45:34 hesabı ilə məğlub edərək 5-ci İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını qazanıb.

14 Avq

Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında qaliblər müəyyənləşib. Qrup mərhələsini 4 qələbə ilə başa vuraraq pley-offa yüksələn Palina Kaspiaroviç pley-offda keçirdiyi ilk görüşdə iranlı Delçe Rafieiyə 15:7 hesabı ilə qalib gəlib. Növbəti görüşündə Nil Güngörü (Türkiyə) aşkar üstünlüklə (15:3) məğlub edən sablyaçımız yarmfinalda bu…

23 İyl

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub. Son yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb. Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ…

22 İyl

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn komandalar müəyyənləşib. İlk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gələn Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Çin millisinə 45:35 hesabı ilə qalib gəlib….

21 İyl

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında kişi şpaqaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn komandalar müəyyənləşib. İlk görüşdə Qırğızıstan yığmasına 45:41 hesabı ilə qalib gələn Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət komandamıız növbəti qarşılaşmada güclü İtaliya millisinə 31:45 hesabı ilə uduzub.

20 İyl

Bu gün Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Mübarizəyə əsas mərhələdən başlayan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək dünya çempionatnın 1/16 finalına yüksəlib.Bu mərhələdə kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Azərbaycan qılıncoynadanı 1/8 finalda…

17 İyl

Misirin paytaxtı Qahirə şəhərində qılıncoynatma üzrə dünya çempionatı keçirilir. Ötən gün kişilərin şpaqa, bu gün isə qadınların sablya yarışında şəxsi mübarizədə 64-lüyə yüksələyən qılıncoynadanlar müəyyənləşib. Hazırda qadın sablyaçıların dünya reytinqində 1-ci olan Anna Başta mübarizəyə əsas mərhələdən qoşulacaq. Annann dünya çempionatında ilk rəqibi Dominikan sablyaçısı Heyddis Valentin olacaq. Digər təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova…