19 İyn

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib. Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz…

03 İyn

Bu gün Memarlıq və İnşaat Universitetinin idman zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.Yarışın son günündə qılıncoynatmanın şpaqa növü üzrə qaliblər müəyyənləşib. Şpaqa. Kişilər: 1.Ruslan Həsənov 2. Kənan Əliyev 3. Barat Quliyev, Fərrux Səfərov Qadınlar: 1.Azərin İdriszadə 2. Nazilə Rəhimova 3.Dilək Məmmədova, Xədicə Həsənli Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə…

02 İyn

Bu gün Memarlıq və İnşaat Universitetinin idman zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib. Yarışın açılış mərasimindən sonra qılıncoynatmanın sablya növü üzrə qaliblər müəyyənləşib: Sablya. Kişilər: 1.Murad Əkbərov 2.Maqsud Hüseynli 3. Nahid Məmmədli, Saleh Məmmədov Qadınlar: 1.Valeriya Bolşakova 2.Sevil Bünyatova 3.Anna Başta,Palina Kaspiaroviç Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən…

31 May

Şpaqa üzrə kişilərdən ibarət milli komandamız Estoniyanın paytaxtı Tallində keçirilən U-23 Avropa çempionatında komanda yarışında 11-ci olub. Barat Quliyev, Fərrux Səfərov və Ruslan Həsənovdan ibarət trio 8-liyə yüksəlmək uğrunda Estoniya yığmasına 38:45 hesabı ilə uduzub. Şpaqaçılarımız 9-12-ci yerlər uğrunda keçirilən görüşlərdə isveçrəli həmkarlarına 45:42 hesabı ilə qalib gəlib. Çex Respublikasını təmsil edən seçmə kollektivə isə…

30 May

Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilir. Şpaqada ölkəmizi təmsil edən Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov şəxsi yarışda çıxışını başa vurub. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Levente Bartkonu 15:14 hesabı ilə məğlub edib. Ruslan 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə…

28 May

Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub. Turnirdə 100-dən çox qılıncoynadan iştirak edib. Bakı çempionatında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib. Sablya. Oğlanlar: 1. Murad Əkbərov 2.Maqsud Hüseynli 3.Nurlan Zeynallı, Saleh Məmmədov Qızlar: 1.Aysel Əhədova 2.Sara Aydəmirova 3.Fidan Quliyeva, Leyla Əhmədova Şpaqa. Oğlanlar: 1.Fuad Qurbanov 2.Kənan Məlikzadə 3.Elçin Daşdəmirov,Orxan Həsənli Qızlar: 1.Nazilə Rəhimova 2.Aynur…

22 May

Bu gün İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü Qran-pri turnirinə yekun vurulub. Mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reytinq favoriti Anna Başta ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib. Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran Anna, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya…

20 May

İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü üzrə beynəlxalq Qran-pri turnirinə start verilib. Turnirin 1 nömrəli favoriti Anna Başta reytinqi yüksək olduğundan qadın sablyaçıların şəxsi yarışında mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq. Mübarizəyə təsnifat mərhələsindən başlayan milli komandanın digər üzvlərindən Sevil Bünyatova, Polina Kaspiaroviç və Valeriya Bolşakova da əsas mərhələyə yüksəlməyi bacarıb. Qrup mərhələsində 5 qalibiyyəti olan…

08 May

Bu gün Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokunda komanda yarışına yekun vurulub. Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistan komandasına 45:32 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Növbəti görüşündə İspaniyanı təmsil edən seçmə kollektivlə qarşılaşan qadın sablyaçılarımız güclü rəqiblə gərgin…

09 Apr

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində qılıncoynatmanın şpaqa növü üzrə yarışlar davam edir.Bu gün yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Təmsilçilərimizdən Aynur Quliyeva (4 qələbə), Xədicə Həsənli (4 qələbə) və Nazilə Rəhimova (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Yeniyetmə qız şpaqaçılarımız 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzub….