04 Apr

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində 3-cü yarış gününə yekun vurulub. Bu dəfə qılıncoynatmanın sablya növü üzrə gənc oğlan və qızların komanda yarışında qaliblər müəyyənləşib. Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə oğlanlardan ibarət komandamız ilk görüşündə BƏƏ seçmə kollektivinə 45:25 hesabı ilə qalib gəlib….

03 Apr

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinin ikinci yarış günündə qılıncoynatmanın sablya növü üzrə yeniyetmə oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib. Qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. Zərif pley-offda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4)…

02 Apr

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib. İlk yarış günündə qılıncoynatmanın sablya növündə gənc oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib. Oğlanların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Maqsud Hüseynli pley-offda keçirdiyi ilk görüşdə braziliyalı Fernando Façini (15:11) ardınca Qazaxıstan təmsilçisi Bexultan Abzhala…

06 Mar

Yeniyetmə qız şpaqaçıların komanda yarışında Nazilə Rəhimova, Xədicə Həsənli və Alfiyə Abdinovadan ibarət kollektiv ilk görüşündə Şimali Makedoniya yığmasına 45:26 hesabı ilə qalib gəlib. Ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada İsraili təmsil edən seçmə kollektivə 42:43 hesabı ilə uduzan şpaqaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə (32:36) uduzsa da, Estoniya yığmasına (44:43) qalib…

06 Mar

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində qadınların Dünya Kubokunda komanda yarışına yekun vurulub. Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət komandamız ilk görüşündə Çini təmsil edən seçmə kollektivə 45:42 hesabı ilə qalib gələrək ən güclü 8 komanda sırasına yüksəlib. Yarımfinal uğrunda keçirilən görüşdə İtaliya yığmasına 42:45 hesabı ilə uduzan qadın sablyaçılarımız 5-8-ci yerlər uğrunda…

05 Mar

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növündə qadınların Düyan Kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib. Mübarizəyə əsas mərhələdən qoşulan sablya üzrə milli komandamızın lideri Anna Başta ilk görüşündə Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib. Başta ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti…

04 Mar

Bu gün Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində yeniyetmə qız şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Təmsilçilərimizdən Xədicə Həsənli (3 qələbə), Nazilə Rəhimova (3 qələbə), Alfiyə Abdinova (4 qələbə) və Aynur Quliyeva (3 qələbə) qrup mərhələsini uğurla adlayıb. Xədicə Həsənli və Nazilə Rəhimova ən güclü 32-liyə kimi irəliləməyi bacarıb. Nazilə Rəhimova 32-liyə…

04 Mar

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokuna start verilib. İlk yarış günündə şəxsi yarışda təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksələn sablyaçılar müəyyənləşib. Səbinə Kərimova, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviç qrup mərhələsindən pley-offa yüksəlməyi bacarsa da, 64-lüyə vəsiqə qazana bilməyib. Səbinə Kərimova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşlərdə…

01 Mar

Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyinin 4-cü yarış günündə Saleh Məmmədov, Maqsud Hüseynli və Murad Əkbərovdan ibarət gənc sablyaçılarımız komanda yarışında qüvvəsini sınayıb. Ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstanı təmsil edən seçmə kollektivə 30:45 hesabı ilə uduzan komandamız 9-12-ci yerlər uğrunda keçirilən görüşdə Rumıniya (38:45) və Türkiyə yığmasına (39:45)…

26 Fev

Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənc qılıncoynadanlar arasında Avropa birinciliyinə start verilib. İlk yarış günündə gənc oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. İdmançılarımızdan qrup mərhələsini uğurla adlayan Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (2 qələbə) və Ayxan Xasıyev (2 qələbə) pley-offda keçirdiyi ilk görüşdə məğlub olub. Murad Əkbərov 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Fransa…