06 Feb

Sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Dünya Kubokunda turnirin finalçısına uduzaraq 15-ci olub. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə ilk görüşündə Bolqarıstan təmsilçisi Emma Neikovanı 15:14 hesabı ilə məğlub edib. Ən güclü 16-lığa yüksələn qılıncoynadanımız burada turnirin gümüş mükafatçısı, ABŞ sablyaçısı Atara Qreenbauma 13:15 hesabı ilə uduzub….

30 Jan

Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən qadın sablyaçıların Dünya Kubokunda mərhələ yarışına yekun vurulub. İlk görüşdə ABŞ komandasına 45:39 hesabı ilə qalib gələn Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv növbəti mərhələdə Macarıstan yığmasına eyni hesabla (45:39) qalib gəlib. Komandamız finala yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstanı təmsil edən seçmə kollektivə 45:32…

29 Jan

Sablya üzrə milli komandamızın lideri Anna Başta Dünya Kubokunda qızıl medal qazanıb! Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadınların şəxsi mübarizəsində qaliblər müəyyənləşib. Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9) ardınca alman Julika Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. Başta ən güclü 8-liyə yüksəlmək…

24 Jan

Yeniyetmə qız şpaqaçılarımız Yunanıstanın Saloniki şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışını başa vurub. Xədicə Həsənli (5 qələbə), Aynur Quliyeva (5 qələbə), Nazilə Rəhimova (6 qələbə) və Alfiyə Abdinova (5 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Ən güclü 8-liyə kimi irəliməməyi bacaran Xədicə yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi…

17 Jan

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən sablya üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.Turnirin son yarış günündə kişi və qadın iştirakçılar arasında komanda yarışında qaliblər müəyyənləşib. Qadın sablyaçıların yarışında Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Gürcüstanı təmsil edən seçmə kollektivə 45:43 hesabı ilə qalib gəlib. Komandamız ən güclü 8-liyə…

16 Jan

Yeniyetmə şpaqaçılarımız Slovakiyanın paytaxtı Bratislava şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Coupe du Danube 2022” turnirində çıxışını başa vurub. Qız şpaqaçıların şəxsi yarışında Nazilə Rəhimova və Xədicə Həsənli 300-ə yaxın iştirakçı arasında 64-lüyə kimi irəliləməyi bacarıb. Qrupda 4 qələbə qazanaraq pley-offa adlayan Nazilə Rəhimova pley-offda keçirdiyi ilk görüşdə Eleonara Sbarzellaya (İtaliya) 15:11 hesabı ilə qalib gəlsə…

16 Jan

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən sablya üzrə Dünya Kubokununda qadınların şəxsi yarışında əsas mərhələyə yekun vurulub. Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Lusia Martinə (İspaniya) 15:9 hesabı ilə qalib gəlib. Növbəti görüşündə Yaponiya təmsilçisi Şihomi Fukuşimanı 15:14 hesabı ilə məğlub edən Anna ən güclü 16 qadın sablyaçı sırasına yüksəlib. Qılıncoynadanımız…

14 Jan

Qadınlardan ibarət sablya üzrə milli komandamız Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir. Yarışın ilk günündə şəxsi yarışda təsnifat mərhələsinin görüşləri keçirilib. Anna Başta reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulacaq. Digər təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova da final mərhələsinə yüksəlməyi bacarıb. Qrup mərhələsini adlayan Səbinə Kərimova əsas mərhələyə yüksəlmək…

10 Jan

Macarıstanın paytaxtı Budapeşt şəhərində sablya üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Oğlan sablyaçıların yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Maqsud Hüseynli 32-liyə yüksəlmək uğrunda turnirin qalibi, Almaniya idmançısı Kolin Hizkoka 6:15 hesabı ilə uduzub. Qrupu 3 qələbə ilə bitirən Saleh Məmmədov və Murad Əkbərov 64-lüyə yüksəlmək uğrunda müvafiq olaraq Almaniya…

19 Dec

Gənclər arasında Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə sablya, şpaqa və rapira üzrə 2002-2009 təvəllüdlü oğlan və qızlar arasında qaliblər müəyyənləşib. Sablya. Oğlanlar (16 iştirakçı) – 1.Saleh Məmmədov, 2.Murad Əkbərov, 3.Maqsud Hüseynli,Ayxan Xasıyev. Sablya. Qızlar (16 iştirakçı) – 1.Zərifə Hüseynova, 2.Sofiya Mamina, 3.Sara Aydəmirova,Fidan Quliyeva. Şpaqa.Oğlanlar (18 iştirakçı) – 1.Barat…