Cənubi Koreyanın paytaxtı Seul şəhərində qılıncoynatmanın sablya növü üzrə şəxsi yarışda Qran Pri turnirinə yekun vurulub. Qadın sablyaçılarımızdan ən güclü 8-liyə yüksələn Anna Başta yekun sıralamada 150-dən çox iştirakçı arasında 5-ci olub. Mübarizəyə əsas mərhələdən başlayan Anna Türkiyə təmsilçisi İrina Şçukla (15:8), Palina Kapiaroviç (15:6) və çinli Kim Jiyeona (15:9) qalib gələrək ən güclü 8-liyə…