XƏBƏRLƏR
29, Noyabr
Qılıncoynadanlarımız Türkiyənin Konya şəhərində keçirilən şpaqa növü üzrə gənclərin açıq turnirində qızıl və bürünc medal qazanıb!
Gənc şpaqaçımız Xədicə Həsənli qızların şəxsi yarışında 100-dən çox iştirakçı arasında bütün görüşlərini qalib...
Federasiya
Azərbaycan Qılıncoynatma Federasiyası 1992-ci il aprelin 28-i yaradılıb. 1992-ci ilin may ayında AQF Beynəlxalq Qılıncoynatma Federasiyasına üzv seçilib.
2017-ci ilin sentyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.
Qılıncoynatma — qılıncla döyüş fəaliyyətidir. Bu günümüzdə qılıncoynatmanın ən geniş yayılmış versiyası silah kateqoriyalarına görə üç yerə bölünür: rapira, qılınc və şpaqa. Klassik qılıncoynatmada eyni zamanda üç silahdan istifadə edilir.