Silahla rəqibin zərbə vurulan səthinə toxunuş hakim və elektrofiksator vasitəsilə müəyyənləşdirilir.

İdman rapirasının uzunluğu 110 sm-dək, çəkisi 500 qramadəkdir, biləklər 12 sm diametrlik dairəvi qarda ilə qorunur.

İdman sablyasının uzunluğu 105 sm-dək, çəkisi 500 q-dəkdir, biləklər polad elastik trapesiyavari qarda ilə qorunur

İdman şpaqasının uzunluğu 110 sm-dək, çəkisi 700 q-dəkdir, poladdan elastik tiyəli üçüzlü hissədən ibarət iti silahdır, biləklər 13,5 sm diametrlik qarda ilə qorunur.

Rapira ilə döyüşlərdə yalnız gövdəyə sancmalar, şpaqa ilə döyüşlərdə maska ilə qorunmayan ənsə hissədən başqa bədənin bütün hissələrinə, qılınc ilə döyüşlərdə beldən yuxarı bütün sancmalara və ya zərbələrə icazə verilir. Döyüşlər uzunluğu 14 m, eni 1.8-2 m olan qılıncoynatma cığırında həyata keçirilir.

İdmançılar metallaşdırılmış parça ilə örtülmüş yüngül qoruyucu gödəkçələrdə (rapira, qılınc), metal torlu maskalarda və silah olan əlində əlcəklə çıxış edirlər.

  1. Döyüş qılıncoynatması – müxtəlif növ soyuq silahdan istifadə edə bilmə sənətidir. Əsl döyüşçünün həqiqi döyüşə hazırlığının bir hissəsidir;
  1. İdman qılıncoynatması – adından göründüyü kimi bu gün Avropa və dünya çempionatlarının keçirildiyi idman növüdür. Eləcə də, idman qılıncoynatması Olimpiya oyunlarının proqramına daxi edilib;
  1. Artistik qılıncoynatma – idman qılıncoynatmasının bir növüdür. İdmançıların əsas məqsədi həm tamaşaçılara, həm də hakimlərə əsl soyuq silahdan istifadə etməklə həqiqətəyaxın döyüş təqdim etməkdir;
  1. Tarixi qılıncoynatma – qədim döyüş texnikasıvə taktikası üzərində qururlub. Bundan başqa tarixi qılıncoynatma döyüşündə iştirak edən idmançılar qədim geyimlərə geyinir və keçmiş dövr ustalarının silahlarının surətləri ilə döyüşür;
  1. Səhnəvi qılıncoynatma – Soyuq silahla necə davranmaq lazım olduğunu baxımlı şəkildə nümayiş etdirən qılıncoynatma nöcüdür. Səhnəvi qılıncoynatma bir çox teatr tədris müəssisələrində dərs növüdür.

Qılıncoynatma hələ 15-ci əsrdə İspaniya ərazisində yaranıb. Bu idman növü məhz orada böyük populyarlıq qazanıb. 1567-ci ildə kral 9-cu Karl tərəfindən Qılıncoynatma Akademiyası yaradılıb. Məsələnin mədəni tərəfinə nəzərə salsaq qılıncoynatmanın şüarı kimi bir nüansı gözdən qaçırmaq olmaz. 1650-ci ildə Molyer demişdi: “Qılıncoynatma zərbə almadan zərbə endirmək sənətidir”.

Bir müddət keçdikdən sonra İspaniya ilə yanaşı qılıncoynatmanın inkişafında digər ölkələr də iştirak etməyə başladı. 1765-ci ildə fransızlar bu idman növünün təhlükəsizliyinin artırılması üçün döyüşlər zamanı xüsusi maskalardan istifadə etməyi təklif etdi.

Afinada keçirilmiş birinci Olimiya oyunlarının proqramına bu idman növü daxil edilmişdi. Ona görə də təəccüblü deyil ki, qılıncoynatma bütün dünyada bu cür populyarlıq qazanıb.

1913-cü ildə Beynəlxalq Qılıncoynatma Federasiyası yaradıldı və bu qurum bu idman növünün populyarlaşması üçün ümumi qaydaların təsdiq olunmasına başladı. 1906-cı ildən başlayaraq qılıncoynatma üzrə Avropa çempionatları, 1937-ci ildən dünya çempionatları keçirilməyə başlayıb.

Qaydalara gəlincə, faktiki olaraq onların böyük hissəsi orta əsrlərdə formalaşıb. Əvvəllər olduğu kimi indi də hər idmançının (qılıncoynadanın) əsas məqsədi soyuq silahla rəqibi sancmaq və sancmalardan qaçmağa çalışmaqdır. Rəqibi daha çox sancan idmançı qalib elan olunur.

Digər idman növlərində olduğu kimi qılıncoynatmada da döyüş idman hakimi tərəfindən idarə olunur və qiymətləndirilir. Yuxarıda qeyd olunan aparat lampaların vasitəsilə sancmaları qeydə alır. Bu necə baş verir? Hər şey çox sadədir: elektrik sxemlər həm geyimdə, həm də silahın üzərində olur. Bu sexmlər aparata bağlıdır və bunun vasitəsilə sancmalar qeydə alınır.

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) 1913-cü ildə yaradılıb və buraya 130-dən çox milli federasiya daxildir.