Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənc qılıncoynadanlar arasında Avropa birinciliyinə start verilib. İlk yarış günündə gənc oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. İdmançılarımızdan qrup mərhələsini uğurla adlayan Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (2 qələbə) və Ayxan Xasıyev (2 qələbə) pley-offda keçirdiyi ilk görüşdə məğlub olub. Murad Əkbərov 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Fransa…