Yeniyetmə qız sablyaçılarımız Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Circuit” turnirində iştirak edib. Sablyaçılarımızdan dünya birinciliyinin mükafatçısı Zərifə Hüseynova qız sablyaçıların şəxsi yarışında bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə Hüseynova pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü 8-liyə yüksəlib. Burada türkiyəli sablyaçı Gökce Sena Üstünə 10:15…