AZ
RU
EN
Federasiya

Azərbaycan Qılıncoynatma Federasiyası 1992-ci il aprelin 28-i yaradılıb. 1992-ci ilin may ayında AQF Beynəlxalq Qılıncoynatma Federasiyasına üzv seçilib. 

2017-ci ilin sentyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib. 

AQF-in prezident postuna yeganə namizəd Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib.

Federasiyanın vitse-prezidentləri Fikrət Zeynalov və Fərhad Kasimov, baş katib Vasif Məmmədovdur.

İcraiyyə Komitəsinin üzvləri Mikayıl Cabbarov, Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov, Sadıq Sadıqov, Yusif Hüseynov və Balaş Qasımovdur.

Qılıncoynatma üzrə milli komandanın baş məşqçisi Çingiz Mustafayevdir.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: