AZ
RU
EN
XƏBƏRLƏR
03 Yanvar 2018
Azərbaycan Qılıncoynatma Federasiyası üzvlərinin ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib

AZƏRTAC xəbər verir ki, federasiyanın prezidenti Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən tədbirdə gündəlikdə duran əsas məsələ Azərbaycanda qılıncoynatmanın inkişafında gələcək fəaliyyət planının müzakirəsi olub.

Bildirilib ki, bu idman növünün inkişafı üçün bir sıra addımlar atılıb. Ötən həftə Azərbaycan Texniki Universitetinin idman sarayında yeni qılıncoynatma zalı idmançıların istifadəsinə verilib.

Yığıncaqda idman məktəblərində qılıncoynatma idman növünün yeni bölməsinin açılması, ümumtəhsil məktəblərində dərsdənkənar vaxtlarda qılıncoynatma qruplarının təşkilinə dair şəraitin yaradılması, yığma komandanın və kütləvi idman üçün müvafiq ləvazimatların sifariş olunması və digər məsələlər müzakirə olunub.

Daha sonra federasiyanın yeni vitse-prezidentlərinin və baş katibinin seçkisi keçirilib.

Fikrət Zeynalov, Fərhad Kasimov vitse-prezident, Vasif Məmmədov baş katib seçiliblər.

Eyni zamanda, federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi yığıncaq tərəfindən təsdiqlənib. Mikayıl Cabbarov, Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov, Sadiq Sadiqov, Yusif Hüseynov və Balaş Qasımov komitənin tərkibində yer alıblar.

Azərbaycan Qılıncoynatma Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib. Komitənin qərarı ilə Çingiz Mustafayev baş məşqçi təyin edilib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: