AZ
RU
EN
XƏBƏRLƏR
02 Yanvar 2018
Azərbaycan Texniki Universitetinin İdman Sarayının Qılıncoynatma zalında yeniyetmə və gənclər arasında Bakı birinciliyinə start verilib.

Yarışın ilk günündə mübarizəyə 2001-2006 təvəllüdlü yeniyetmə idmançılar qoşulub.

Yarışın ilk günündə mübarizəyə 2001-2006 təvəllüdlü yeniyetmə idmançılar qoşulub. İki gün davam edəcək birinciliyin ilk günü açılış mərasimi ilə başlayıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. 


68 yeniyetmə oğlan və qızın yarışdığı birincilikdə sablya, şpaqa və rapirada qaliblər müəyyənləşib. Mükafatçılar federasiya tərəfindən diplom və medallarla təltif olunublar.

 

Sablya

Oğlanlar
1-ci yer. Tuqay Zeynallı
2-ci yer. Maqsud Hüseynli
3-cü yer. Murad Əkbərov, Ayxan Xasiyev

 

Qızlar
1-ci yer. Aysel Əhədova
2-ci yer. Xədicə Şamilova
3-cü yer. Səbinə Məlikzadə, Günel Məmmədova

 

Şpaqa

Oğlanlar
1-ci yer. Xalid Əliyev
2-ci yer. Cavid Cahangirov
3-cü yer. Fərrux Səfərov, Barat Quliyev

 

Qızlar

1-ci yer. Ülkər Hümbətli
2-ci yer. Azərin İdriszadə
3-cü yer. Məryəm Sadıxova, Aysu Nuriyeva

 

Rapira

Qızlar

1-ci yer. Safiya Uluxanova
2-ci yer. Sumayyə Uluxanova
3-cü yer. Nərgiz Bəşirova

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: