AZ
RU
EN
XƏBƏRLƏR
29 Yanvar 2018
Sablyaçılarımız ABŞ-da keçirilən Dünya Kubokunda iştirak edib

Qadınlardan ibarət sablya üzrə milli komandanın üzvləri 26-28 yanvar tarixlərində ABŞ-ın Baltimor şəhərində keçirilən, Dünya Kuboku seriyasından sayılan A kateqoriyalı turnirdə iştirak edib. Yığma üzvləri həm fərdi, həm də komanda yarışlarında qüvvələrini sınayıblar.
Aysel Əhədova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət komandamız ilk mərhələdə Qazaxıstan komandasını 45:42 hesabı ilə məğlub edib. Komandamız 8 komanda arasında yüksəlmək uğruda görüşdə italiyalı həmkarlarına məğlub olub. (18:45) Ardınca Ukrayna və Yaponiya komandalarına uduzan sablyaçılarımız 15-16-cı yerlər uğrunda görüşdə Belarusa 45:43 hesabı ilə qalib gələrək, 19 komanda arasında 15-ci yeri tutub.
Qadın sablyaçıların fərdi yarışında ən yaxşı göstərici Sevil Bünyatovaya məxsusdur. Qrup mərhələsini 3 qələbə ilə bitirən Sevil, ardınca polşalı və belaruslu rəqiblərini mübarizədən kənarlaşdırıb. Sablyaçımız 32 ən güclü idmançı sırasına yüksəlmək uğrunda görüşdə rumıniyalı Biaka Paskuya uduzaraq turniri 59-cu sırada tamamlayıb. 
Qrup mərhələsində 2 qələbə qazanan Sevinc Bünyatova isə növbəti mərhədə yaponiyalı Urano Kanaya uduzub.
Qrupda bir qələbə qazanan Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: