AZ
RU
EN
XƏBƏRLƏR
28 Yanvar 2018
Kişi sablyaçılarımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak edib

Sablya üzrə kişilərdən ibarət milli komandanın üzvləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq “Satellite” turnirində iştirak ediblər. Təmsilçilərimizdən Əsədov Xalid və Rzazadə Elvin qrup mərhələsində hərəyə bir qələbə qazansalar da, növbəti mərhələyə keçə bilməyiblər.Qərib İbrahimov isə qrupda keçirdiyi görüşlərdə qələbə qazana bilməyib. Qrup mərhələsini bir qələbə ilə adlayan Həsənov Abdulla 1/64 finalda qazaxıstanlı rəqibinə uduzaraq, turniri 36-cı yerdə başa vurub. Sablyaçılarımızdan ən yaxşı nəticə, Cavanşir Ağakişiyevə məxsusdur. Qrup mərhələsində 3 qələbə qazanan Cavanşir, 1/32 finalda yarışın bürünc mükafatçısı Mixail Mardalişviliyə məğlub olub. İdmançımız turniri 28-ci sırada tamamlayıb

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: