AZ
RU
EN
XƏBƏRLƏR
24 Fevral 2018
Kənan Əliyev İsraildə keçirilən beynəlxalq turnirdə 6-cı yer tutub

Şpaqaçımız Kənan Əliyev bu gün İsrailin Aşkelon şəhərində keçirilən kişilərin  “Satellite” turnirində iştirak edib.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gələn Kənan, uğurlu çıxışın davamını sonrakı mərhələlərdə də gətirib. Əliyev 1/16 və 1/8 finalda israilli rəqiblərinə qalib gələrək ən güclü səkkizliyə yüksəlib. Bu mərhələdə də şpaqaçımızın rəqibi İsrail təmsilçisi olub. Kənan Əliyev 1/4 finalda Lev Averbuça məğlub olaraq, mübarizəni dayandırıb. İdmançımız turniri 6-cı pillədə başa vurub. Ümumilikdə yarışda 6 ölkədən 47 şpaqaçı medallar uğrunda mübarizə aparıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: