AZ
RU
EN
XƏBƏRLƏR
08 Mart 2018
Kişi şpaqaçılarımız gənclərin fərdi yarışında qüvvəsini sınayıb

Rusiyanın Soçi şəhərində keçirilən yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatında iştirak edən kişi şpaqaçılarımız fərdi yarışlarda iştirak edib. 

Təmsilçilərimizdən Barat Quliyev qrup mərhələsində keçirdiyi 6 görüşün yalnız 1-də qələbə qazanmağı bacarıb. Eyni nəticəyə Xalid Əsədov da imza atıb. Şpaqaçımız 6 qarşılaşmadan yalnız 1-ni aktivinə yazdıra bilib. Digər qılıncoynadanımız Fərrux Səfərov isə qrup mərhələsini qələbəsiz başa vurub. 

Xatırladaq ki, adıçəkilən şpaqaçılar daha öncə yeniyetmələrin fərdi və komanda yarışlarında da qüvvəsini sınayıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: