AZ
RU
EN
XƏBƏRLƏR
09 Mart 2018
Qadın sablyaçılarımız gənclərin fərdi yarışında qüvvəsini sınayıb

Qadın sablyaçılarımız Rusiyanın Soçi şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında gənclərin fərdi yarışında çıxış edib. 

Ölkəmiz gənc qadın sablyaçıların fərdi yarışında 3 idmançı ilə təmsil olunub. Sablyaçılaırmızdan Aysel Əhədova və Nərminə Cəfərova qrup mərhələsi çərçivəsində keçirdiyi 6 görüşdə hərəyə 1 qələbə qazanıb. Ayla Muradzadə isə qrup mərhələsini qələbəsiz başa vurub. 

Xatırladaq ki, Aysel Əhədova və Ayla Muradzadə yeniyetmə qızların sablya yarışında da çıxış edib. Hər iki sablyaçımız mübarizəni qrup mərhələsində dayandırıb. 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: